
Bakı.Trend:
Böyük Britaniyada İranın kəşfiyyat xidmətinə vasitəçilik etməkdə
ittiham olunan şəxs saxlanılıb.
Yerli hüquq mühafizə orqanlarının məlumatına görə, 39 yaşlı şəxs
İranın kəşfiyyat xidmətinə yardım etməkdə ittiham olunaraq Milli
Təhlükəsizlik Aktını pozmaqda günahlandırılıb.
Londonun Terrorla Mübarizə Polisi (CTP) çərşənbə günü Liverpul
sakini Vahid Aberini Birmingem bölgəsində bu qanunu pozmaqda
şübhəli bilinərək saxlayıb.
“Həmin şəxsə artıq rəsmi ittiham irəli sürüldüyü üçün iddiaların
təfərrüatları ilə bağlı ətraflı şərh verə bilmərik. Bununla belə,
ictimaiyyəti əmin etmək istəyirəm ki, bu araşdırma çərçivəsində
vətəndaşlar, hər hansı icma və ya konkret şəxs üçün birbaşa təhlükə
müəyyən edilməyib”, – deyə Londonun Terrorla Mübarizə Polis
İdarəsinin rəhbəri komandir Helen Flanaqan deyib.
Polisin yaydığı bəyanatda bildirilib ki, Vahid Aberi barəsində
həbs qətimkan tədbiri seçilib və onun işi üzrə ilk məhkəmə iclası
iyulun 17-də Vestminster Magistratlar Məhkəməsində keçiriləcək.

