
Kürdəmirdə iki yük maşını toqquşub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı- Qazax magistralının rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib.
Qazax istiqamətində hərəkətdə olan iki TIR toqquşub. Toqquşmanın təsirindən TIR- lardan biri yoldan çıxaraq aşıb.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Fakt araşdırılır.

