Hələ Müctəba Xamenei ilə görüşməmişəm – Əraqçi

Baş səhifə

İranın xarici işlər naziri Abbas Əraqçi indiyədək ölkənin yeni Ali Rəhbəri Müctəba Xamenei ilə görüşmədiyini açıqlayıb.

Modern.az xəbər verir ki, o, bu barədə “Müharibə Hekayəsi 2” verilişinin 20-ci buraxılışında Cavad Moqoiyə verdiyi müsahibədə danışıb.

Əraqçi bildirib ki, Müctəba Xamenei ilə hələ çox məhdud sayda şəxs görüş imkanı əldə edib.

“İndiyədək onunla yalnız çox az sayda insan görüşüb”, – deyə İranın xarici işlər naziri qeyd edib.