
Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin iyulun 19-u saat 11:00-a
olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən
yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir
şimşək çaxıb, leysan xarakterli intensiv yağış yağıb.
Xidmətdən verilən xəbərə görə, düşən yağıntının miqdarı
Ağstafada 15, Balakəndə 11, Zaqatalada 8, Qaxda (Sarıbaş) 7,
Gədəbəydə 6, Tovuz, Ceyrançöldə 2, Göygöl, Daşkəsən, Şəmkir, Şəki,
Qusar, Şahdağda 1 mm-dir.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin
maksimal sürəti 20 m/s-yə çatır.

