ABŞ İrana qarşı ardıcıl səkkizinci gecə hava zərbələrini başa çatdırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Ali Baş Komandanın göstərişi
ilə iyulun 18-də Şərq vaxtı ilə saat 23:30-da İrana qarşı növbəti
hava zərbələri mərhələsini başa çatdırıb.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı
(CENTCOM) “X” sosial şəbəkəsində məlumat verib.

“Ardıcıl səkkizinci gecə həyata keçirilən əməliyyat zamanı
CENTCOM qüvvələri İranın sahil müşahidə və hava hücumundan müdafiə
obyektlərini, dəniz imkanlarını, eləcə də raket və pilotsuz uçuş
aparatlarının saxlanıldığı anbarları uğurla vuraraq ölkənin hərbi
potensialının daha da zəiflədilməsinə nail olub.




ABŞ hərbi qüvvələri həmçinin iyulun 17-də İordaniyada ABŞ
hərbçilərinə hücum edən İslam İnqilabı Keşikçiləri Korpusunun
(SEPAH) qüvvələrini də hədəfə alıb.

Hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbi qulluqçusu xidmət
edir. Onlar yüksək döyüş hazırlığı vəziyyətində qalır, diqqətli,
qətiyyətli və istənilən tapşırığı yerinə yetirməyə hazırdırlar”, –
deyə məlumatda bildirilir.