“Milan” legionerini buraxmayacaq

Baş səhifə

Bakı. Trend:

“Milan” Kristian Pulisiçə yeni müqavilə təklif edib.

“Rossonyerlər” 27 yaşlı futbolçunu itirmək istəmir. Buna görə
də, ona yeni şərtlərlə 2 illik müqavilə təklif olunub.




Lakin hələ ki ABŞ millisinin üzvü “Milan”ın təklifinə konkret
cavab verməyib.

Pulisiçin İtaliya klubu ilə müqavilə müddəti 2027-ci il iyunun
30-na qədərdir. O, “Borussiya”(Dortmund), “Çelsi” komandalarında
oynayıb.