Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın başlayıb

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Ağdam
rayonu istiqamətində, Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında
açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə
cəlb olunub.

Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini
mürəkkəbləşdirir.




Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam
etdirilir.

Əlavə məlumat veriləcək.