Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər hava zərbələrinə məruz qalıb

Baş səhifə

Bakı. Trend:

Kiyev şəhərinin ballistik raketlərlə vurulması nəticəsində
Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər də raket
zərbələrinə məruz qalıb.

Məlumata görə, səfiriyin inzibati binasından 200-250 metr
məsafədə dağıntı və yanğın baş verib.

Zərbələrin əsas hədəfi “Lukyanovka” metrostansiyasının ətrafı
olub. Stansiyanın giriş hissəsi dağılıb.




Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər
yanıb.

Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə,
hava hücumu zamanı 1 nəfər həlak olub, 7 nəfər yaralanıb.