
Bakı. Trend:
Çexiya məktəblərində mobil telefonların istifadəsini qadağan
edəcək qanun layihəsi hazırlanır.
Çexiya mətbuatı xəbər verir ki, Baş nazir Andrey Babiş və Təhsil
naziri Robert Plaqa tərəfindən hazırlanan qanun layihəsi
bağçalarda, ibtidai məktəblərdə, orta məktəblərdə və çoxillik
liseylərdə mobil telefonların və digər elektron rabitə cihazlarının
istifadəsini qadağan edəcək.
Qaydanın fasilələri və dərsdənkənar proqramları da əhatə edəcəyi
bildirilir.
Uşaq Hüquqları üzrə Ombudsman Martin Benes təklifə qarşı çıxıb
və məktəblərin telefon istifadəsini öz daxili qaydaları
çərçivəsində tənzimləmək səlahiyyətinə malik olduğunu iddia
edib.

