
Bakı. Trend:
Çinin Çunsin şəhərində torpaq sürüşməsi baş verib. Hadisə
nəticəsində azı 8 nəfər ölüb, daha 34 nəfərin taleyi isə naməlum
olaraq qalır.
Sinxua agentliyinin məlumatına görə, cümə günü Penşuy Myao və
Tuczia Muxtar Rayonunda dağ yamacı çökərək çoxsaylı yaşayış
evlərini dağıdıb.
Çinin Mərkəzi Televiziyasının (CCTV) yayımladığı kadrlarda
fəlakətin törətdiyi dağıntılar əks olunub.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Lakin iri qaya
parçaları və təkrar torpaq sürüşməsi kimi ikinci dərəcəli
təhlükələrin yaranma ehtimalı işləri çətinləşdirir.
Çin Xalq Respublikasının sədri Si Cinpin ikinci dərəcəli
fəlakətlərin qarşısının alınmasının vacibliyini vurğulayıb. O,
həmçinin aidiyyəti qurumlara hadisənin səbəblərinin araşdırılması
və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə tapşırıq
verib.

