“Brent” markalı neftin qiyməti 88 dolları ötüb

Baş səhifə

Bakı. Trend:

Londonun ICE birjasında “Brent” markalı neftin qiyməti iyunun
12-dən bəri ilk dəfə olaraq bir barel üçün 88 dollar həddini
keçib.

Bakı vaxtı ilə saat 21:31-ə olan göstəricilərə əsasən, sentyabr
tədarüklü “Brent” markalı neft fyuçersləri 4,52 faiz bahalaşaraq
bir barel üçün 88,04 dollara yüksəlib.




Lakin saat 21:36-da qiymət artımının tempi zəifləyib. Həmin vaxt “Brent” markalı neftin bir bareli 87,74 dollara satılıb ki, bu da
əvvəlki göstərici ilə müqayisədə 4,17 faizlik artım
deməkdir.