Hindistanda pirotexnika fabrikində partlayış olub, 8 nəfər ölüb

Baş səhifə

Hindistanın Qucarat ştatının Əhmədabad şəhərində qanunsuz fəaliyyət göstərən pirotexnika fabrikində partlayış olub.

NDTV-nin xəbərinə görə, şənbə günü fabrikdə baş verən partlayış nəticəsində azı 8 nəfər həlak olub.

Partlayış zamanı daha 9 nəfər ağır xəsarət alıb.