
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda Bakıda və Abşeron
yarımadasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar
əhaliyə təkrar müraciət edib.
Nazirlik küləkli hava şəraitində dənizə girməyin həyati təhlükə
yaratdığını bir daha xatırladaraq vətəndaşları təhlükəsizlik
qaydalarına ciddi əməl etməyə çağırıb.
FHN bildirib ki, qaydalara etinasız yanaşmaq insan həyatı üçün
ciddi risk yaradır.
Nazirlik, həmçinin təhlükə yarandığı təqdirdə vətəndaşlara 112
qaynar xəttinə zəng etməyi tövsiyə edib.

