“Bavariya” və PSJ İngiltərə millisinin futbolçusunu istəyir

Baş səhifə

Bakı. Trend:

“Bavariya” və PSJ Djed Spensi heyətinə qatmaq üçün mübarizəyə
qoşulub.

Hər iki klub “Tottenhem” və İngiltərə mili komandasının üzvü
olan, DÇ-2026-da tapıntılardan hesab edilən Spens üçün rəsmi
təkliflər göndəriblər.




25 yaşlı futbolçunun hansı kluba keçidə razılıq verəcəyi hələ ki
dəqiq deyil. Onun “Tottenhem”lə müqavilə müddəti 2029-cu il iyunun
30-na qədərdir.

“Fulhem”in yetirməsi olan Spens “Midlsboro”, “Nottingem Forest”,
“Renn”, “Lids”, “Cenoa” klublarında oynayıb. Onun xidmətində
“Yuventus” və “İnter” klubları da maraqlıdır.