
Kəngərlidə minik avtomobili aşıb, yeniyetmə ölüb, xəsarət alanlar var.
APA xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Kərki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Hyundai” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 2010-cu il təvəllüdlü Seyidov Mirməhərrəm Afət oğlu ölüb.
Digər sərnişinlər – 1998-ci il təvəllüdlü Məmmədova Gülşən Məmmədbağır qızı, 2009-cu il təvəllüdlü Seyidova Aytac Əlu qızı, 1959-cu il təvəllüdlü Quluzadə Telli Alı qızı, 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı və 2023-cü il təvəllüdlü Məmmədov Araz Pərviz oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

