Şuşada “Sözün həsrəti –Heydərbabaya salam” adlı bədii-musiqili kompozisiya nümayiş olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə
təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günləri
çərçivəsində “Sözün həsrəti –Heydərbabaya salam” adlı
bədii-musiqili kompozisiya nümayiş olunub.

Mədəniyyət Nazirliyindən bildirilib ki, görkəmli Azərbaycan
şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 120 illik
yubileyinə həsr edilən kompozisiya Xan qızı Natəvanın evinin
qarşısında nümayiş etdirilib.

Kompozisiyanın quruluşçu rejissoru Əməkdar artist Loğman
Kərimov, rejissoru Elnur Məmmədov, musiqi tərtibatçısı Tərlan
Əsgərlidir.




Səhnə işində Xalq artist Sabir Məmmədov, Əməkdar artistlər Kazım
Həsənquliyev, Nazir Rüstəmov, Elşən Rüstəmov, aktyorlar Nəzrin
Abdullayeva, Vüsal Məmmədov, Zəhra Salayeva, Sürahi Əliməmmədova və
Emin Sevdimalıyeva yer alıblar.

Ayşən Mehdiyeva (xanəndə), Əməkdar artist Toğrul Əsədullayev
(kamança), Səxavət Məmmədov (tar) və Cəfər Həsənovun (nağara)
ifasında təqdim olunan musiqi nümunələri alqışlarla qarşılanıb.