Tramp səsvermə sistemi ilə bağlı məxfi kəşfiyyat məlumatlarını açıqlayacağını elan edib

Baş səhifə

Bakı. Trend:

Amerika administrasiyası ölkənin səsvermə sistemlərindəki ciddi
zəifliklərlə bağlı məlumatların məxfiliyini aradan qaldırır.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə televiziya
vasitəsilə müraciəti zamanı bildirib.




“Bu gün mən səsvermə infrastrukturumuzun sarsıdıcı dərəcədə zəif
olduğunu göstərən son dərəcə mühüm kəşfiyyat məlumatlarının dərhal
məxfilikdən çıxarılmasını və ictimaiyyətə açıqlanmasını elan
edirəm. Bu sübutlar göstərir ki, seçki sistemimiz heç vaxt olmadığı
qədər haker hücumlarına, sui-istifadəyə və xarici müdaxiləyə qarşı
həssasdır”, – deyə o, Ağ Evdə vətəndaşlara televiziya vasitəsilə
müraciəti zamanı bildirib.