
Bakı. Trend:
2026-cı il futbol üzrə dünya çempionatının 3-cü yer uğrunda
oyununda Fransa və İngiltərə milliləri üz-üzə gəliblər.
Qarşılaşma ABŞ-nin Florida ştatının Mayami şəhərində yerləşən “Hard Rock” stadionunda keçirilib. Oyunu venesuelalı baş hakim
Xesus Valensuela idarə edib. Matç İngiltərənin 6:4 hesablı qələbəsi
ilə başa çatıb.
Oyunda hesabı 3-cü dəqiqədə İngiltərə millisinin
yarımmüdafiəçisi Deklan Rays açıb. 18-ci dəqiqədə Ezri Konsa
komandasının ikinci qolunu vurub. 37-ci dəqiqədə Bukayo Saka hesabı
3:0-a çatdırıb, 45+1-ci dəqiqədə isə dubla imza atıb.
Fransa millisinin hücumçusu Kilian Mbappe 48-ci dəqiqədə hesab
arasındakı fərqi azaldıb. 54-cü dəqiqədə Bredli Barkola Fransa
yığmasının ikinci qolunu vurub. 66-cı dəqiqədə Mbappe dubl edərək
hesabı minimum fərqə endirib.
87-ci dəqiqədə Saka penaltini dəqiq yerinə yetirərək het-trikini
rəsmiləşdirib və İngiltərənin beşinci qolunu vurub. 90+6-cı
dəqiqədə Usman Dembele Fransanın dördüncü qolunu qeyd edib. Matçın
yekun hesabını isə 90+8-ci dəqiqədə Cud Bellinqem müəyyənləşdirib –
6:4.
Beləliklə, İngiltərə millisi Dünya Çempionatlarında son 60 il
ərzində ilk medalını qazanıb.

