İran ordusu Bəhreyndə ABŞ-nin hərbi hava bazasına zərbələr endirdiyini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

İran ordusu ABŞ-nin hücumlarına cavab olaraq ABŞ-ın Bəhreyndə
istifadə etdiyi “Saxir” aviabazasına “Arash” pilotsuz uçuş
aparatları ilə zərbələr endirib.

Bu barədə İran ordusunun bəyanatında bildirilib.




Bəyanatda bildirilib ki, zərbələr döyüş helikopterlərinin
dayanacaqları və “P-8” kəşfiyyat təyyarələrinin yerləşdiyi
əraziləri hədəf alıb.

Eyni zamanda, Küveyt Ordusunun Baş Qərargahı hava hücumundan
müdafiə qüvvələrinin hazırda İranın raket və pilotsuz uçuş
aparatları ilə həyata keçirdiyi hücumu dəf etdiyini açıqlayıb.