ABŞ-nin Kubaya təzyiqi güclənib – Dövlət Departamenti

Baş səhifə

Bakı. Trend:

ABŞ administrasiyasının Kubaya qarşı təzyiqi əvvəlki dövrlərlə
müqayisədə daha da güclənib.

Bunu ABŞ Dövlət Departamentinin Qərb Yarımkürəsi İşləri
Bürosunun rəhbəri Maykl Kozak ABŞ Senatının Xarici Əlaqələr
Komitəsinin dinləmələrində çıxışı zamanı deyib.




Maykl Kozak bildirib ki, Vaşinqton Kuba hökumətini “fundamental
islahatlar həyata keçirməyə” təşviq edir. Onun sözlərinə görə, bu
addımlar ABŞ-nin mövqeyinə əsasən, ölkənin “yenidən həyat
qabiliyyətinə çatması” üçün zəruridir.

Dövlət Departamentinin rəsmisi Kuba ilə bağlı beynəlxalq
məsləhətləşmələrə də toxunub. O qeyd edib ki, ABŞ digər ölkələrlə
danışıqlarda müəyyən irəliləyiş əldə edib və tərəfdaşları Kubaya,
hətta məhdud həcmdə yardım göstərməməyə çağırır.