Nəqliyyat sahəsi üzrə biznes kredit portfeli artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsi
üzrə biznes kredit portfeli 1,620 milyard manat təşkil edib.

Trend bu
barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq
müqayisədə 19,8 milyon manat və ya 1,2%, ötən ilin eyni dövrü ilə
nisbətdə isə 246,3 milyon manat 17,9% artıb.




Belə ki, nəqliyyat sahəsi üzrə banklar tərəfindən verilmiş
biznes kreditlərin məbləği 2025-ci ilin avqustun 1-nə 1,600 miyard
manat, ötən ilin sentyabrın 1-nə isə 1,374 milyard manat təşkil
etmişdi.

Qeyd edək ki, cari ilin sentyabrın 1-nə Azərbaycanda bankların
kredit portfeli 0,7% və ya 206,7 milyon manat artaraq 28,705
milyard manat olub. Kredit portfelinin 15,092 milyard manatı
(52,6%) biznes kreditləri, 9,114 milyard manatı (31,7%) istehlak
kreditləri, 4,499 milyard manatı (15,7%) isə ipoteka kreditləri
təşkil edib.