Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Baş səhifə

Bakı. Trend:

Paytaxtın Yasamal rayonunda elektrik enerjisinin verilişinin
keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının
qarşılanması məqsədilə bu gün Yasamal Rayon Enerji Təchizatı və
Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Transformator
Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bununla əlaqədar Abbas Mirzə Şərifzadə, Akim Abbasov, Həsən bəy
Zərdabi küçələrinin, eləcə də MİDA yaşayış kompleksinin bir
hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət
yaranacaq.




Aparılacaq təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan
14:00-dək Nizami rayonunda Nizami Abdullayev və Qurban Sadiq
küçələrinin bir hissəsində məhdudiyyət yaranacaq.

Həmçinin Xəzər rayonu Buzovna qəsəbəsində Məmməd Səid Ordubadi
və Mirzəağa Əliyev küçələrində elektrik enerjisinin verilişində
fasilə olacaq.

Aparılan yenidənqurma və təmir-bərpa işləri yekunlaşdıqdan sonra
adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı
elektrik enerjisi ilə təmin ediləcəklər.