Netanyahu xəstəxanaya yerləşdirilib

Baş səhifə

Bakı.Trend:

İsrail Baş naziri Binyamin Netanyahu xəstəxanaya
yerləşdirilib.

Trend xəbər verir
ki, bu barədə İsrail mediası məlumat yayıb.

İsrailli hökümət başçısı ötən axşam Haddasah Ayn Kerem Tibb
Mərkəzinə aparılıb. Onun ofisi faktı təsdiqləsə də bunun
stomotoloji müalicə ilə əlaqədar olduğunu bildirib.




Baş nazirin ofisi yerli mətbuatda məlumatların yayılmasından
sonra müvafiq bəyanatı verməli olub.

76 yaşlı Baş nazirin səhhəti ictimaiyyətdən tibbi məlumatların
gizlədilməsi ilə bağlı tənqidlərə səbəb olan bir sıra hadisələrdən
sonra əsas diqqət mövzusuna çevrilib. Bu hadisələr İsraildə bir çox
şəxslər arasında baş nazirin ümumi sağlamlıq vəziyyəti ilə bağlı
geniş müzakirələrə yol açıb.

Ötən ay Netanyahu sosial şəbəkədə paylaşdığı geniş açıqlamada
yaxın zamanda Hadassah Ayn Kerem Tibb Mərkəzində prostat vəzisində
aşkarlanmış bədxassəli şişlə bağlı uğurlu radiasiya terapiyasından
keçdiyini açıqlamışdı.. O, məlumatı ictimaiyyətdən gizlətməsini
İranın son müharibə fonunda bu məlumatdan İsrailə qarşı təbliğat
məqsədilə istifadə edə biləcəyi ilə əsaslandmışdı.