“Çelsi” və “Mançester Yunayted” “Bolonya”nın hücumçusu ilə maraqlanır

Baş səhifə

Bakı. Trend:

“Çelsi” və “Mançester Yunayted” “Bolonya”nın hücumçusu Conatan
Rou ilə maraqlanır.

Trend bu barədə TEAMtalk-a istinadən xəbər verir.




Mənbənin məlumatına görə, İtaliya klubu 23 yaşlı hücumçunu
satmaq istəmir, lakin 40-45 milyon avroluq təklif alınarsa, bunu
edə bilər. “Çelsi” və “Mançester Yunayted” skautları Rounun
oyunlarını izləyir. “Qalatasaray” və “Aston Villa” da potensial
olaraq ingilis futbolçunun transferi uğrunda mübarizə aparır.

Bu mövsüm Rou bütün yarışlarda 42 oyuna çıxıb, səkkiz qol vurub
və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi
2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə,
onun bazar dəyəri 20 milyon avrodur.