
Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında
dövlət başçısının Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə
köçən ailələrlə görüşündən görüntülər paylaşılıb.
Trend xəbər verir ki, paylaşımda deyilir:
“Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür və bizim
görüşümüzün məhz bu gündə keçirilməsi təbii ki, rəmzi məna daşıyır.
Biz – onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün
Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına
məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi
bütövlüyümüzü və suverenliyimizi bərpa etdik.”


