
Bakı.Trend:
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri
müəyyən edilib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)
məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)
tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların
təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə
bağlı tədbirlərin davamı olaraq Gəncə–Qazax, Qazax–Gəncə, Aşağı
Ağasıbəyli (Samux) – Gəncə (Dəmiryol vağzalı), Alıuşağı (Samux) –
Gəncə (Dəmiryol vağzalı) və Düzqışlaq (Şəmkir stansiyası) – Gəncə
(avtovağzal) avtobus marşrutları üzrə müsabiqələrin qalibləri
müəyyən edilib.
Qazax–Gəncə marşrutu üzrə fiziki şəxslər Yolçuyev Samir Rəfayıl
oğlu, Bəndəliyev Ayaz Müslüm oğlu və Mirzəyev Xəyal Vəli oğlu;
Aşağı Ağasıbəyli (Samux) – Gəncə (Dəmiryol vağzalı) marşrutu
üzrə fiziki şəxs Abbasov Vüsal Fazil oğlu;
Alıuşağı (Samux) – Gəncə (Dəmiryol vağzalı) və Düzqışlaq (Şəmkir
stansiyası) – Gəncə (avtovağzal) marşrutları üzrə hüquqi şəxs
“Simurq Kompani” ASC qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər
Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə
təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına
dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun
olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.
Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti,
təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların
təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

