
Bakı. Trend:
Ölkənin birinci bankı Kapital Bank-ın
aktivləri 30 iyun 2026-cı il tarixinə
13,3 milyard manat təşkil edib.
Müştərilərə verilən kreditlərin həcmi isə
6 milyard manatdır.
30 iyun 2026-cı il tarixinə olan nəticələrə görə bankda
müştəri depozitlərinin həcmi
10 milyard manat təşkil edib. Bankın 30
iyun 2026-cı il tarixinə tutulmalardan sonra məcmu
kapitalı 1,2 milyard manat, adi və
imtiyazlı səhmlər isə 265
milyon manatdır.
Bankın xalis mənfəəti isə ötən ilin
analoji dövrü ilə müqayisədə 44% arataraq 222
milyon manata çatıb.
Qeyd edək ki, Kapital Bank “Moody’s” və “Standard & Poor’s”
beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu
reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər
sırasındadır.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və
Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13
Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və
xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az
saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial
şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Nağd pul krediti və
Birbank kartı sifarişlərinizi onlayn formada
həyata keçirə bilərsiniz.

