Britaniya kral ailəsinə erməni gəlin gəlir – FOTO

Baş səhifə

Britaniya kral ailəsinin üzvü, mərhum şahzadə Marqaretin nəvəsi Samuel Çatto erməni əsilli Eleonor Eksercyanla nişanlanıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Tatler” nəşri məlumat yayıb.

Məlumata görə, Samuel Çatto sevgilisi Eleonor Eksercyana evlilik təklifi edib və cütlük nişanlandıqlarını rəsmən elan edib.

Eleonor Eksercyan tanınmış sənət tarixçisi, Lester Universitetinin incəsənət tarixi və kino üzrə fəxri professoru Devid Eksercyanın qızıdır. O, elm və mədəniyyət sahəsində nüfuzlu ailədə dünyaya gəlib.

Samuel Çatto kimi, Eleonor da Edinburq Universitetinin məzunudur. Cütlüyün məhz universitet illərində tanış olduğu ehtimal edilir.

Qeyd edək ki, Samuel Çatto Böyük Britaniya taxt-tacının varislik siyahısında yer alan kral ailəsi üzvlərindən biridir və şahzadə Marqaretin nəvəsi kimi tanınır.