İraqda 140 milyard dollara yaxın büdcə vəsaiti “yoxa çıxıb”

Baş səhifə

Bakı.Trend:

İraq Prokurorluğu ölkənin dövlət büdcəsinin gəlir hissəsindən üç
il ərzində uçota alınmamış şəkildə 140 milyard ABŞ dollarının yoxa
çıxması iddiası ilə bağlı halların dərhal araşdırılmasına göstəriş
verib.

Bu barədə İraq parlamentinin Hüquq Komitəsinin üzvü və
prokurorluğa müraciətin təşəbbüskarı Məhəmməd əl-Həfədci məlumat
verib.

“İstintaq orqanları dövlət gəlirlərindən 140 milyard ABŞ dolları
həcmində vəsaitin yoxa çıxması və həmin vəsaitin taleyinin
müəyyənləşdirilməsi ilə bağlı rəsmi araşdırmaya başlayıblar”, –
deyə iraqlı deputatın sözlərini Shafaq News xəbər portalı sitat
gətirib.




Əl-Həfədci bildirib ki, hüquqi prosedurlar bu ilin iyun ayının
sonunda Baş Prokurorluğun rəhbərliyinə göndərilmiş rəsmi müraciət
və hesabat əsasında başlanıb.

Onun sözlərinə görə, deputat sorğusu ilə birlikdə 2023–2026-cı
illərdə maliyyə nazirinin müavini vəzifəsində çalışmış Məsud
Heydərin kompakt diskə yazılmış ifadələri də təqdim edilib.

Keçmiş nazir müavini ifadəsində etiraf edib ki, İraqın üç il
ərzində əldə etdiyi gəlirlərdən 140 milyard ABŞ dollarının nə vaxt
və necə xərcləndiyi ona məlum deyil.