Rusiya Odessaya zərbə endirib, infrastruktura ziyan dəyib

Baş səhifə

Rusiya qüvvələrinin Odessa şəhərinə endirdiyi zərbə nəticəsində şəhərin infrastruktur obyektlərinə ziyan dəyib.

“RBK-Ukrayna”nın məlumatına görə, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat yayıb.

Onun sözlərinə görə, şəhərdə hava həyəcanı davam edir.

Lısak sakinləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.