
Bakı. Trend:
ABŞ Silahlı Qüvvələri İran ərazisindəki hədəflərə qarşı yeni
zərbələr seriyasına başlayıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı
(CENTCOM) məlumat yayıb.
“CENTCOM qüvvələri İrana qarşı növbəti zərbə mərhələsinə
başlayıb və Hörmüz boğazında beynəlxalq gəmiçiliyə hücumlar üçün
istifadə olunan İran imkanlarını məhdudlaşdırmaq istiqamətində
əməliyyatları davam etdirir”, – deyə komandanlığın “X” sosial
şəbəkəsində yayımladığı bəyanatda bildirilir.
CENTCOM-un məlumatına görə, zərbələrlə paralel olaraq ABŞ
hərbçiləri İran İslam Respublikasının dəniz limanlarının
blokadasını yenidən tətbiq etməyə hazırlıq görürlər.

