İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 2 nəfər ölüb, 260-dan çox yaralı var

Baş səhifə

ABŞ-ın İrana son hücum dalğası nəticəsində 2 nəfər ölüb, 260-dan çox yaralı var.

APA xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüseyn Kermanpur “X” hesabında yazıb.

Bildirilib ki, yaralılardan 222 nəfərinə tibbi yardım göstərilib və onlar evə buraxılıblar, digərlərinin isə müalicəsi davam etdirilir.

Qeyd edək ki, son bir neçə gündür ABŞ ard-arda İrana qarşı hücumlar həyata keçirir. İran isə ABŞ-ın regiondakı hərbi bazalarını hədəfə alır.