
Bakı. Trend:
Böyük Britaniyada İranın müvəqqəti işlər vəkili ölkənin xarici
işlər nazirliyinə çağırılıb.
Bu barədə Britaniyanın ali diplomatiya qurumunun bəyanatında
bildirilir.
Müvəqqəti işlər vəkilinin Avropaya edilmiş bir sıra hücumlarda
SEPAH-a bağlı olan “Əl-Qüds” qüvvələrinə güman edilən kordinasiya
dəstəyi ilə əlaqədar çağırıldığı qeyd olunur.
“Bu gün xarici işlər nazirinin tapşırığı ilə Böyük Britaniyadakı
İran İslam Respublikasının müvəqqəti işlər vəkili Xarici İşlər,
Birlik və İnkişaf Məsələləri Nazirliyinə çağırılıb. Cənab Əli
Nəsimfər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qüds”
qüvvələrinin mart-may ayları ərzində Avropada baş vermiş bir sıra
hücumların koordinasiyasında oynadığı rol ilə əlaqədar nazirliyə
dəvət olunub”, – deyə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin
mətbuat açıqlamasında qeyd edilib.

