“Tottenhem”in argentinalı müdafiəçisi komandadan ayrılmağa hazırlaşır

Baş səhifə

Bakı. Trend:

Kristian Romero bu yay “Tottenhem”dən ayrılması ehtimalı yüksək
qiymətləndirilir.

İnsayder Fabritsio Romanonun məlumatına görə, “İnter” son günlər
London klubu ilə 28 yaşlı mərkəz müdafiəçisinin mümkün transferi
barədə danışıqlar aparıb.




“İnter” argentinalı futbolçunun xidmətində maraqlı olsa da, onun
transfer qiymətini çox yüksək hesab edir. Bundan başqa, “Barselona”
da “Tottenhem”in kapitanına maraq göstərir.

Kristian Romeronun “Tottenhem”lə hazırkı müqaviləsi 2029-cu ilin
yayına qədər qüvvədədir. Buna baxmayaraq, yay transfer pəncərəsində
onun gələcəyi ilə bağlı ciddi dəyişikliklərin baş verməsi istisna
olunmur.