“Sabah” növbəti mərhələyə yüksəlib – Çempionlar Liqası

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS
klubu ilə “Sabah” arasında cavab oyunu başa çatıb.

Azərbaycan təmsilçisi “Park Hall” stadionunda keçirilən
qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub edib.




Qolları 28-ci dəqiqədə Coy Lens Mikels və 42-ci dəqiqədə Rəhman
Daşdəmirov vurub.

İki oyunun nəticəsinə əsasən TNS-i 4:1 hesabı ilə üstələyən “Sabah” II təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS-a rəqib
olub.