
Bakı. Trend:
Luka Modriç karyerasını “Milan”da davam etdirməyə yaxındır.
Xorvatiyalı yarımmüdafiəçi hələ yekun qərarını verməsə də,
tərəflər 2026/27 mövsümü üçün əməkdaşlığın davam etdirilməsi ilə
bağlı razılığa çox yaxındırlar.
Müqavilə uzadılacağı təqdirdə, Modriç yay məzuniyyətindən sonra
komandanın iyulun 26-da başlayacaq Avstraliya mövsümöncəsi turu
zamanı “Milan”ın düşərgəsinə qoşulacaq.
39 yaşlı yarımmüdafiəçi ötən mövsüm A Seriyasında 34 oyuna
çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

