44 günlük Vətən müharibəsinin xronikası: 28 oktyabr

Baş səhifə

Bakı.Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

Trend Vətən
müharibəsinin oktyabrın 26-na olan xronikasını təqdim edir:

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün
rəsmi “Twitter” səhifəsində bildirib ki, Bərdə sakinlərinin qisası yerdə qalmayacaq.

– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində
Azərbaycan Ordusunun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir
neçə kəndini işğalçılardan azad etməsi ilə bağlı paylaşım edib.

– Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə
müsahibə verib.

– Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyevanın rəsmi “İnstagram” səhifəsində Ermənistanın Bərdədə dinc
sakinlərə etdiyi hücumla bağlı paylaşım edib.

– Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub.

– Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.

– Ermənistan Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarını
atəşə tutub.

– Qubadlı istiqamətində düşmənin atıb qaçdığı hərbi texnika və
silah-sursatın videogörüntüsü yayılıb.

– Azərbaycan Ordusu tərəfindən Ermənistana məxsus hərbi texnika
və canlı qüvvəsini məhv edilməsinin videogörüntüləri yayılıb.

– Bərdədə ölənlərin sayı 21 olub, 70 nəfər yaralı olduğu açıqlanıb.

– Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib. Dinc əhalini atəşə tutan düşmənin canlı
qüvvəsi sərrast atəşlə məhv edilib.

– Döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib.

– Bərdənin vurulma anının videogörüntüsü yayılıb.