ABŞ-də şatdaun səbəbindən dövlət işçilərinin ixtisarı artıq başlayıb

Baş səhifə
ABŞ-də şatdaun səbəbindən dövlət işçilərinin ixtisarı artıq başlayıb

ABŞ-də federal hökumətin bağlanması fonunda dövlət işçilərinin ixtisarı artıq başlayıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərlə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, şatdauna səbəb Demokrat Partiyasının mövqeyidir: “Bu, onların bağlanmasıdır, bizim deyil.

Oktyabrın 2-də Ağ Evin mətbuat katibi Karolayn Livitt, Tramp administrasiyasının bağlanma zamanı minlərlə hökumət işçisini ixtisar edəcəyini açıqlayıb.