Kuba köməyə görə ABŞ-a minnətdar olacaq – Migel Diaz-Kanel

Baş səhifə

Bakı. Trend:

Kuba, həqiqətən də ölkəyə kömək etməyə hazır olarsa, ABŞ
hökumətinə minnətdar olacaq.

Trend-in məlumatına görə, bu barədə Kuba prezidenti Migel
Diaz-Kanel “X” sosial şəbəkəsində yazıb.

Kuba prezidenti ianələrin alınması üçün yanacaq, dərman və
qidanı prioritetlər kimi müəyyən edib.




“Ölkəmizin beynəlxalq yardım almaq təcrübəsi, o cümlədən ABŞ-dən
yardım almaq təcrübəsi geniş və konstruktivdir və bunu istənilən
donor təsdiqləyə bilər. Əgər ABŞ hökuməti, həqiqətən də, bəyan
edilmiş məbləğlərdə və ümumi qəbul edilmiş humanitar yardım
təcrübəsinə tam uyğun olaraq yardım göstərməyə hazırdırsa, bu
yardım ABŞ hökumətinin özünün sistematik və amansızcasına kollektiv
şəkildə cəzalandırdığı bir xalqa nə qədər ziddiyyətli və paradoksal
görünsə də, Kuba tərəfindən maneələrlə və ya nankorluqla
qarşılaşmayacaq”, – deyə o bildirib.

Diaz-Kanel vurğulayıb ki, bu cür yardımın göstərilməsi üçün
prioritetlər “aşkardan daha çoxdur: yanacaq, ərzaq və dərman”. O,
həmçinin qeyd edib ki, “[çətin] humanitar vəziyyətin soyuqqanlı
şəkildə planlaşdırıldığı və süni şəkildə yaradıldığı məlum
olduğundan, [ticarət, iqtisadi və enerji] blokadasının qaldırılması
və ya yüngülləşdirilməsi ilə zərər daha asan və tez bir zamanda
azaldıla bilər”.