
Bakı. Trend:
Bu ilin iyunun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3
aqreqatı) həcmi 51,500 milyard manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülleteninə əsasən,
bu, 2025-ci ilin eyni dövrünə nisbətən 3,2 milyard manat və ya 6,6%
çoxdur.
Bundan başqa, 2026-cı ilin iyunun 1-nə manatla pul kütləsinin
(M2 aqreqatı) həcmi 41,962 milyard manat təşkil edib ki, bu da
2025-ci ilin eyni dövrünə nisbətən isə 6,2 milyard manat və ya
17,3% çoxdur.
Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 32,642
milyard manata bərabər olub. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən
isə 4,3 milyard manat və ya 15,1% çoxdur.
Eyni zamanda, bu ilin iyunun 1-nə banklardan kənarda olan nağd
pul kütləsi (M0 aqreqatı) 18,885 milyard manat təşkil edib ki, bu
da ötən ilin eyni dövrünə nisbətən isə 2,7 milyard manat 16,7%
çoxdur.
|
Pul bazarının parametrləri |
Həcmi (milyon manat), 1 iyun 2026-cı il tarixinə |
Həcmi (milyon manat), 1 iyun 2025-ci il tarixinə |
|
Geniş mənada pul kütləsi (M3 aqreqatı) |
51500.4 |
48306.0 |
|
Manatla pul kütləsi (M2 aqreqatı) |
41961.8 |
35768.5 |
|
Əməliyyatlar üçün pul kütləsi (M1 aqreqatı) |
32641.7 |
28351.5 |
|
Banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) |
18884.8 |
16177.3 |
Azərbaycan Mərkəzi Bankı (AMB) pul dövriyyəsinin səmərəliliyinin
artırılması və milli valyutanın inkişafı istiqamətində bir sıra
tədbirləri davam etdirir. AMB-nin baş direktoru Rəşad Məmmədov
Trend-ə müsahibəsində bildirib ki, rəqəmsal ödənişlərin sürətlə
inkişaf etdiyi bir dövrdə nağd pul maliyyə sisteminin mühüm
elementi olaraq qalır və Mərkəzi Bank bu sahədə balanslı siyasət
həyata keçirir.
Onun sözlərinə görə, əsas prioritetlər nağd pula əlçatanlığın
təmin edilməsi, nağd pul dövriyyəsinin optimallaşdırılması, milli
pul nişanlarının müasir təhlükəsizlik elementləri ilə yenilənməsi,
ödəniş sistemlərinin dayanıqlılığının gücləndirilməsi və bank
sektoru ilə əməkdaşlığın genişləndirilməsidir.
R. Məmmədov qeyd edib ki, Mərkəzi Bank yeni nəsil milli pul
nişanlarının hazırlanması istiqamətində də iş aparır. “2024-cü ildə
yeni konsepsiyanın müəyyənləşdirilməsi üçün ictimai sorğu keçirilib
və növbəti mərhələdə pul nişanlarının dizaynı və təhlükəsizlik
sistemlərinin hazırlanması nəzərdə tutulur”, – deyə o bildirib.

