MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin başqanı Çingiz Bayramovla görüşüb.

Baş səhifə

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin başqanı Çingiz Bayramovla görüşüb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin başqanı, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini, Milli QHT Forumu İdarə heyətinin üzvü Çingiz Bayramovla görüşüb, onu 50 illik əlamətdar yubileyi ilə bağlı təbrik edib.
Mədəniyyət Komitəsində baş tutan görüşdə, Ç.Bayramovun vətəndaş cəmiyyəti quruculuğu, özəlliklə Türkiyə universitetləri məzunları ilə iş sahəsində uzunmüddətli səmərəli xidmətlərini xatırladan Q.Paşayeva, ona möhkəm cansağlığı, yeni uğurlar diləyib. Q.Paşayeva Çingiz Bayramovun 50 illik yubileyi münasibəti ilə ona xatirə hədiyyəsi və Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib.

Məktubda deyilir:

“Hörmətli Çingiz müəllim,
Sizi 50 illik əlamətdar yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, ictimai fəaliyyətinizdə yeni uğurlar diləyirəm!
Siz Tovuzun Aşağı Quşçu kəndində, müəllim ailəsində anadan olmusunuz. 1989-cu ildə Aşağı Quşçu kənd orta ümumtəhsil, 1991-ci ildə isə Tovuz şəhərində 155 saylı peşə məktəbini bitirmisiniz. 1991-1996-cı illərdə qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu İstanbul Universitetində oxumusunuz. Tələbəlik illərində İstanbul şəhərində ali təhsil alan azərbaycanlı tələbələrin ilk tələbə təmsilçisi seçilmisiniz. 2003-cü ildən (keçmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mətbuat Xidməti və Analitik İnformasiya sektorunda böyük məsləhətçi, (keçmiş) “Azərsu” Səhmdar Cəmiyyətində Baş mütəxəssis və bundan sonra, özəl şirkətdə baş müşavir vəzifəsində çalışmısınız. Hazırda özəl qurumda məsləhətçisiniz. Siz uzun illər (09.09.2001–20.05.2021) “Türkiyə Universitetləri Məzunları”İctimai Birliyinin başqanı olaraq səmərəli ictimai fəaliyyət göstərmiş, bir sıra uğurlu layihələrin, o cümlədən mədəniyyət və sənətyönümlü layihələrin rəhbəri olmusunuz. 2021-ci ildən “Dialoq və İnkişaf naminə” İctimai Birliyinin başqanısınız. Sizi əlamətdar yubileyiniz və uğurlu ictimai fəaliyyətiniz münasibəti ilə birdaha təbrik edir, ən xoş arzularımı yetirirəm”!
Ç.Bayramov görüş və xoş sözlər üçün təşəkkür edib.
#MilliMeclis

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir