Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasında dəyişiklik edilib

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyev “Uşaq hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman
imzalayıb.

Sənədin mətni Azərbaycan Azərbaycan Prezidentinin rəsmi internet
saytında dərc olunub.

Fərmana əsasən, prokurorluq orqanı qanunla müəyyən edilmiş
hallarda uşaqların hüquqlarını və qanuni mənafelərini məhkəmədə
müdafiə edir, dövlət qurumlarına müraciət edir, məhkəmədə iddia
qaldıracaq.

Eyni zamanda uşaqlarla bağlı cinayət işləri və inzibati xəta
haqqında işlər üzrə qanunla müəyyən edilmiş hallarda və qaydada
qanunların icrasına nəzarəti həyata keçirəcək.

Prokurorluq orqanı həmçinin uşağın sağlamlığının və ya həyatının
birbaşa təhlükədə olması ilə bağlı qəyyumluq və himayəçilik
orqanlarının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin məlumatlarına baxacaq və qanunda nəzərdə
tutulmuş tədbirləri görəcək.