
Bakı. Trend:
Arıqlama məqsədilə sosial şəbəkələrdə reklam olunaraq satılan
çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsulları ilə
bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
(AQTA) tərəfindən aparılan monitorinqlər zamanı ciddi qanun
pozuntuları müəyyən edilib.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, monitorinqlər çərçivəsində “Slimluxcoffee_ariqladici_kofe”, “Vellara.baku” və “Spirulina_azerbaijan_official” “Instagram” sosial şəbəkə
hesablarından əldə edilən məhsul nümunələri laborator müayinələrə
cəlb olunub:
“Nəticələrə əsasən, “SLT Slim Lux Coffee Premium” (fındıqlı), “SLT Slim Lux Coffee Premium”, “Good Lux Green Coffee”, “Green Good
Lux Slimming Coffee” (fındıqlı), “Green Good Lux Slimming
Capsules”, “Saffren Dietary Supplement”, “Spirulina” “Vellara Form
Coffee” və “Vellara Form Tea” məhsullarında qida məhsullarında
istifadəsinə yol verilməyən insan sağlamlığı üçün təhlükəli
sibutramin maddəsi aşkarlanıb. Sibutramin ürək-damar sistemi
xəstəlikləri, infarkt və insult riskini artırır, eyni zamanda,
ciddi psixi pozuntulara səbəb ola bilər. Sibutraminin qida
məhsullarının, eləcə də dərman vasitələrinin tərkibində istifadəsi
Azərbaycanda qadağandır. Araşdırmalar zamanı müəyyən edilib ki,
sözügedən məhsullar ölkəyə şəxsi istifadə məqsədilə gətirilsə də,
sonradan sosial şəbəkələr üzərindən qanunsuz satışa çıxarılıb. Bu
məhsulların ölkəmizə idxalına qadağa qoyulması ilə bağlı istehsalçı
ölkənin səlahiyyətli qurumlarına da rəsmi müraciət ünvanlanıb”.
Məlumata əsasən, faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq
tədbirlər görülməsi üçün aidiyyəti qurumlara, o cümlədən
hüquq-mühafizə orqanlarına məktublar göndərilib.
Sibutramin maddəsi aşkarlanan məhsulların siyahısı:
|
№ |
Məhsulun adı |
İstehsal tarixi / Son istifadə müddəti |
Partiya nömrəsi |
İstehsalçı |
|
1 |
SLT Slim Lux Hazelnut Coffee Premium |
10.2024 – 08.2027 |
102024 |
“Ella Kozmetik” LTD ŞTİ |
|
2 |
SLT Slim Lux Coffee Premium |
04.2025 – 09.2028 |
012024 |
Ella Kozmetik LTD ŞTİ |
|
3 |
Good Lux Green Coffee |
04.2026 – 04.2029 |
042026 |
Ella Kozmetik LTD ŞTİ |
|
4 |
Green Good Lux Hazelnut Coffee |
03.2025 – 03.2028 |
032025 |
Ella Kozmetik LTD ŞTİ |
|
5 |
SLT SLİM LUX Coffee Premium |
01.2026 – 01.2029 |
012026 |
Ella Kozmetik LTD ŞTİ |
|
6 |
Green Good Lux Slimming Capsules |
01.09.2025 – 01.10.2028 |
4663010124 |
Ella Kozmetik LTD ŞTİ |
|
7 |
Vellara form Coffee |
10.2025 – 10.2028 |
102025-01 |
Yaser İlaç İthalat İhracat Sanayi Ticaret Limited Şirketi |
|
8 |
Vellara form Tea |
10.2025 – 10.2028 |
102025-01 |
Yaser İlaç İthalat İhracat Sanayi Ticaret Limited Şirketi |
|
9 |
Spirulina |
10.01.2025 – 09.01.2028 |
– |
– |
|
10 |
Saffren Dietary Supplement |
02.2025 – 02.2028 |
– |
– |
AQTA vətəndaşları sosial şəbəkələr vasitəsilə qanunsuz satılan,
heç bir sənədi mövcud olmayan, mənşəyi və təhlükəsizliyi barədə
etibarlı məlumat təqdim olunmayan “arıqlama” məhsullarından
istifadə etməməyə çağırıb.

