Avropa yanacaq qiymətləri ilə bağlı çətinliklərlə üzləşə bilər

Baş səhifə

Bakı. Trend:

ABŞ və İsrailin İrana qarşı mümkün müharibəsi nəticəsində
yaranan enerji tədarükü böhranı Avropa da daxil olmaqla bir çox
regiona təsir göstərə bilər.

Trend xəbər verir ki, bu
barədə Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol Atlantik
Şurasında çıxışı zamanı bildirib.




Onun sözlərinə görə, böhran yanacaq qiymətlərinin artmasına və
malların əlçatanlığının azalmasına səbəb olur.

Xüsusilə aviasiya və dizel yanacağı sahəsində Avropada ciddi
çətinliklər gözlənilir. Birol əlavə edib ki, münaqişənin davam
etməsi qlobal iqtisadi proqnozların pisləşməsinə və inflyasiyanın
artmasına gətirib çıxara bilər.