Putin Trampla telefon danışığı aparıb

Baş səhifə

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla
telefon danışığı aparıb.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat
verib.




Məlumata əsasən, danışıq zamanı V. Putin D. Trampı ABŞ-ın
Müstəqillik Günü münasibətilə təbrik edib.

“İki dövlət başçısı arasında bugünkü telefon danışığı Prezident
Vladimir Putinin Donald Trampı və bütün Amerika xalqını bu
əlamətdar bayram münasibətilə şəxsən təbrik etməsi ilə başlayıb”, –
deyə o bildirib.