
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə
Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində 1
nəfərin batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar
dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb
olunub.
Hazırda vətəndaş – 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi
oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata
keçirilir.
Əlavə məlumat veriləcək.

