Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, ABŞ yaxın vaxtlarda
Marsa pilotlu uçuş həyata keçirə biləcək.
O, bu barədə ABŞ-nin Müstəqillik Bəyannaməsinin imzalanmasının
250 illiyi münasibətilə Vaşinqtonda keçirilən tədbirdə çıxışı
zamanı bildirib.
“Biz çox yaxın zamanda Marsa gedəcəyik”, – deyə Tramp
vurğulayıb.
O əlavə edib ki, əvvəlcə Ay missiyası həyata keçiriləcək, daha
sonra isə Marsa uçuş reallaşdırılacaq.
“Fikrimcə, biz Aya çatacağıq və bundan sonra irəliləyəcəyik.
Sonra isə Marsa yollanacağıq”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp həmçinin xatırladıb ki, onun prezidentliyinin ilk dövründə
administrasiyasının təşəbbüsü ilə ABŞ Kosmik Qüvvələri
yaradılıb.

