
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş – 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
04 iyul, saat 23.49
Zəngilanda bir nəfər suda boğulub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Həsənov Nüşrəvan Mehdi oğlu suda boğularaq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-axtarış qrupu cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
***
20:39
Zəngilanda bir nəfərin suda boğulduğu bildirilir.
APA-nın Qarabağ bürosunun əldə etdiyi ilkin məlumata görə, hadisə rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, bir kişinin çayda boğulduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və dalğıc-axtarış qrupu cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

