
Türkiyənin “Trabzonspor” klubu baş məşqçi Fatih Tekkenin maaşını artırıb.
Metbuat.az xəbər verir ki, bu barədə “Hurriyet” qəzeti məlumat yayıb. KİV-in yazdığına görə, Tekke 2026-27-ci futbol mövsümündə illik 150 milyon lirə (təxminən 5,7 milyon manat) məvacib alacaq. Onun ötən mövsüm maaşı 90 milyon lirə olub.
Qeyd edək ki, “Trabzonspor” Tekkenin rəhbərliyi altinda mövsümü üçüncü yerdə başa vurub. Onun Qara Dəniz təmsilçisi ilə 30 iyun 2029-cu ilə kimi müqaviləsi var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

