Avropa Kuboku: Azərbaycan təmsilçisi mübarizəni dayandırıb

Baş səhifə
Avropa Kuboku: Azərbaycan təmsilçisi mübarizəni dayandırıb

Azərbaycanın “Abşeron Lions” basketbol komandası Avropa Kubokunda mübarizəni dayandırıb.

“Report”un məlumatına görə, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda səfərdə Kipr təmsilçisi “Anortosis”lə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 77:60.

Azərbaycan komandası ilk matçda 89:73 hesabı ilə üstün olsa da, rəqib mərhələ adlayıb.